reklam
Futzalımızda daha bir qalmaqalın təməli qoyulur - ÖZƏL
Sportfm.az xəbər saytı

Futzalımızda daha bir qalmaqalın təməli qoyulur - ÖZƏL


Növbəti mövsümdən etibarən futzal üzrə Azərbaycan Yüksək Liqasında neçə komandanın çıxış edəcəyi ilə bağlı müamma davam edir. Ötən mövsüm cəmi 7 klubun mübarizə apardığı turnirdə "Araz" bütün oyunlarda qalib gələrək, çempionatın səviyyəsinin nə qədər aşağı olduğunu sübuta yetirmişdi. Yeni mövsümdə Birinci Liqadan iddialı komandaların Yüksək Liqada çıxış edəcəyi söylənilsə də, hələ ki, bu xəbərlər özünü doğrultmur. Saytımızda bir gün öncə gedən məlumatda deyildiyi kimi, artıq Yüksək Liqada yarışacağı deyilən Hell Energy klubu dağılıb. Ötən mövsüm Yüksək Liqada rəqiblər üçün xal mənbəyi olan "Olimpik"in iştirakı sual altındadır. Bütün bu xəbərlərin fonunda AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov boş durmur. Sportfm.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, yeni mövsümdən etibarən futzal üzrə ölkə çempionatlarına təyinat alacaq hakim-inspektorların siyahısı artıq məlumdur. Həmin siyahıda uzun illərdir futzal çempionatlarında hakim-inspektor funksiyasını yerinə yetirən, çimərlik futbolu üzrə FİFA referisi Əfqan Həmzəyevin adı yoxdur. Xəqani Məmmədov bir müddət öncə çimərlik futbolu üzrə Superliqadan kənar qoyduğu hakimə daha bir zərbə vurub. Qeyd edək ki, Məmmədov və Həmzəyev arasında olan "soyuq" münasibət hər kəsə məlumdur. Xəqani Məmmədov vəzifəsindən istifadə edərək, hər addımda həmkarını "vurmağa" çalışır. 

Oxşar xəbərlər

“Araz-Naxçıvan” – “Neftçi” matçında FİFA referisi
Futzal üzrə Yüksək Liqada yeni komandalar olacaq - Ölkə kubokunun qalibi çempionatdan imtina edib?
Azərbaycanda daha bir klub dağılır - ÖZƏL
FİFA referisi daxili yarışa buraxılmadı - Azərbaycanda - ÖZƏL
Futzal çempionatımızda neçə komanda iştirak edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər