Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA "Araz-Naxçıvan"ın futbolçusunu cəzalandırdı
Yunanıstanda "Aris"ə qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda birbaşa qırmızı vərəqə alan "Araz-Naxçıvan"ın futbolçusu İqor Ribeyronun cəza müddəti müəyyənləşib.
Sportfm.az Teleqraf-a istinadən xəbər verir ki, UEFA 28 yaşlı müdafiəçini 1 oyunluq diskvalifikasiya edib.
Braziliyalı stopper cəzasını Naxçıvan komandasında Kipr "Omoniya"sına qarşı III təsnifat mərhələsinin Bakıdakı ilk oyununda çəkəcək. Bu görüş avqustun 7-də "Dalğa Arena"da olacaq.
Klub rəhbərliyi "sambaçı"nı qarşıdakı oyunlar üçün də sifariş ərizəsində saxlayacaq. Bu səbəbdən, Ribeyronun "Omoniya" ilə avqustun 14-də Nikosiyadakı cavab matçında meydana çıxması istisna edilmir.
Ribeyro yay transfer dövründə "Neftçi" ilə müqavilə bağlasa da, klublararası razılaşmaya əsasən, o, avqustun 1-dək "Araz-Naxçıvan"a Konfrans Liqasında kömək etməli idi. Lakin futbolçu "Aris"lə cavab görüşünün 52-ci dəqiqəsində qırmızı vərəqə aldığından, avrokubok cəzasını hansı klubda çəkəcəyi sual doğururdu. "Neftçi"yə indi qayıtsaydı, "ağ-qaralar" gələn mövsüm avrokuboklara vəsiqə qazanacağı təqdirdə, ilk matçda onun xidmətindən məhrum olacaqdı.
Bu məqamı nəzərə alan "Araz-Naxçıvan" Ribeyronu "Omoniya" ilə matçın sifariş ərizəsindən çıxarmayıb. "Sambaçı"nın 1 oyunluq cəzanı başa vurduqdan sonra cavab görüşündə iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Oxşar xəbərlər
“Araz-Naxçıvan” üçün əla pley-off şansı - Konfrans Liqası
"Omoniya" ilə matçların hakimləri bəllidi - Təyinat
“Aris” - “Araz-Naxçıvan” oyunu "İdman TV"də yayımlayacaq
“Araz-Naxçıvan”dan əzmkar qələbə - Konfrans Liqası
"Araz-Naxçıvan"ın müdafiəçisi "Neftçi"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası