reklam
Rəşad Nəbiyev iştirak edən cüdoçularla görüşdü
Sportfm.az xəbər saytı

Rəşad Nəbiyev iştirak edən cüdoçularla görüşdü


Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak edən cüdoçularla görüşüb.

Sportfm.az xəbər verir ki, o, bu barədə rəsmi “feysbuk” hesabında paylaşım edib:

“Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük. İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik. Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!”

Azərbaycanın cüdo millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq), Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıblar.

Oxşar xəbərlər

Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
Cüdoçularımızdan rekord göstərici - Dünya çempionatı
Kokauri DÇ-də 1/4 finalda
Fətiyev DÇ-də yarımfinalda
Ömər Rəcəbli 1/8 finalda - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər