reklam
Makedoniyalı azarkeşlərinin yerində onlar oturacaq
Sportfm.az xəbər saytı

Makedoniyalı azarkeşlərinin yerində onlar oturacaq


UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Şkendiya” (Şimali Makedoniya) azarkeşlərinə ayrılmış yerlər Ağdam təmsilçisinin tərəfdarları üçün satışa çıxarılır.

Sportfm.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcədən 27 və 28-ci sektorlar rəqib komandanın azarkeşləri üçün nəzərdə tutulsa da, qonaq komandanın tərəfdarlarının Bakıya gəlməməsi səbəbindən həmin sektorların biletləri yerli azarkeşlərə satılacaq.

Satış sabah saat 12:00-dan start götürəcək.

“Qarabağ” – “Şkendiya” qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq. Səfərdə baş tutan ilk görüşdə “köhlən atlar” rəqibini bir cavabsız qolla üstələyib.

Oxşar xəbərlər

"Qarabağ"ın cavab matçına böyük maraq
"Qarabağ"ı tribunadan izləmək istəyənlər üçün - Biletlər satışda
"Qarabağ" - "Dinamo" oyununun biletləri satışa çıxarılır
“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
"Qarabağ" - "Molde" oyununun biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər