Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Reytinqimiz dəyişmədi
Azərbaycanın UEFA reytinqindəki izləyicilərindən biri dəyişib.
Sportfm.az xəbər verir ki, bu, avrokuboklarda 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra reallaşıb.
Əmsalını 18.375-ə çatdıran və hazırda qitə turnirlərində üç təmsilçisi qalan Bolqarıstan 29-cu pilləyə yüksəlib. Onlar UEFA yarışlarına buraxılmayan Rusiyanı (18.299) keçiblər.
Azərbaycan (19.250) 28-ci mövqedə qalıb. Ukrayna (19.725) isə 27-ci sıradadır.
Bu həftə "Qarabağ" Çempionlar Liqasında, Bakıda Şimali Makedoniyanın "Şkendiya" kollektivini 5:1 (ilk oyun - 1:0) hesabı ilə üstələyib. Ölkə çempionu pley-offda Macarıstanın "Ferentsvaroş" klubuna rəqib olub.
"Sabah" və "Araz-Naxçıvan" isə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. Bakı təmsilçisi evdə Bolqarıstanın "Levski" (Sofiya) komandasına 0:2 (ilk oyun - 0:1), Naxçıvan klubu Kiprdə "Omoniya"ya 0:5 (ilk oyun - 0:4) hesabı ilə yenilib.

Oxşar xəbərlər
"Araz-Naxçıvan"dan böyükhesablı məğlubiyyət
"Sabah" mübarizəni dayandırdı - Konfrans Liqası
Azərbaycan klubları bu gün cavab oyununa çıxır - Konfrans Liqası
“Araz-Naxçıvan” və “Sabah” əmsala kömək etmədi
“Araz-Naxçıvan” üçün əla pley-off şansı - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası