Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ərəb şeyxi yığmamızın üzvünü əməliyyat etdirib
Azərbaycanlı bədii gimnast Ruqiyyə Səttarova bədbəxt hadisə ilə üzləşib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Gimnastika Federasiyasında çalışan məşqçilərin və həkimlərin məsuliyyətsizliyi ucbatından 16 yaşlı bədii gimnast çox ciddi xəsarət alıb.
Vaxtında müalicə etmədikləri üçün, Səttarova əməliyyat həddinə çatıb. Ən pisi isə odur ki, onun əməliyyatı Belarusda səhv edilib. Səhvləri gizlətmək məqsədilə 2-ci əməliyyat İsraildə olub. Ancaq bu dəfə də əməliyyat düzgün edilməyib.
Belədə gimnastın 3 yerdən qolunun sinir sistemi çox ciddi zədələnib və o 2 ilə yaxın dözülməz ağrılar çəkib. Lakin onun əməliyyatlarını, müalicəsini öz öhdəsinə götürən də tapılıb. Belə ki, BƏƏ şeyxlərindən olan Said Əl-Maktum və bədii gimnast Zeynəb Cavadlı ona hər cür köməklik göstəriblər.
İndi xəstə tədricən sağalmaq üzrədir. O hətta gəzməyə də başlayıb. Bu məsələni diqqətdə saxlamağa çalışacağıq.
Qaynarinfo.az - Səbuhi Tofiqoğlu
Oxşar xəbərlər
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Bakıda podium məşqləri keçirildi - FOTO
43 ölkədən 200-dən çox bədii gimnast Bakıya gələcək
Britaniyalı idmançı Bakıda zədə aldı, Liza onu ziyarət etdi
Rusiyalı gimnast öz hərəkətləri ilə hər kəsi heyrətləndirdi - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası