reklam
Sportfm.az xəbər saytı

"Kopenhagen"ə qarşı oynamış "Qarabağ"ın futbolçusu:"Biz bunları etmədik və cəzalandırıldıq" - ÖZƏL


Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı. Sportfm.az xəbər verir ki, ölkəmizi turnidə təmsil edən "Qarabağ" Danimarka çempionu "Kopenhagen"lə qarşılaşacaq. İlk matç Bakıda baş tutacaq. "Kopenhagen" Ağdam klubuna yad rəqib deyil. Belə ki, 1998/99-cu il UEFA Kubokunun 1-ci təsnifat mərhələsində bu komandalar üz-üzə gəlib. Səfərdə baş tutan ilk görüşdə 90 dəqiqə "Qarabağ"ın heyətində mübarizə aparan Rinat Abdaşov Sportfm.az saytına açıqlamasında Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın şanslarını dəyərləndirdi:"Düşünürəm ki, şanslar yarı-yarıyadır. Danimarkalıların standart vəziyyətləri çox təhlükəlidir. Cinahları "bağlamaq" lazımdır. O vaxt biz bunları etmədik və cəzalandırıldıq. Qurban Qurbanova inanıram". 
Qeyd edək ki, "Qarabağ" Danimarka təmsilçisinə səfərdə 0:6, evdə isə 0:4 hesabı ilə məğlub olub. 17 yaşlı Rinat Abdaşov ilk oyunda 90 dəqiqə meydanda olsa da, Bakıda keçirilən cavab matçında U-18 yığmamızın heyətində Slovakiyaya yollandığı üçün iştirak edə bilməyib. 

Oxşar xəbərlər

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində
"Kopenhagen"in futbolçusu: Onlar bizdən çəkinsin - ÖZƏL
"Kopenhagen"lə matçlarının tarixi dəqiqləşdi
"Kopenhagen"in futbolçusu:"Hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq"
"Kopenhagen"dən 10 qol buraxan qapıçı: ""Qarabağ"ın işi çətin olacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər