reklam
Sportfm.az xəbər saytı

"Kopenhagen"in futbolçusu:"Hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq"


Danimarka "Kopenhagen"in futbolçusu Peter Ankersen Çempionlar Liqasının "pley-off" mərhələsinin püşkatmasını dəyərləndirib. 

Sportfm.az xəbər verir ki, 27 yaşlı müdafiəçi üç il öncə Avstriya "Zalsburg"unun heyətində çıxış etdiyi vaxt da "Qarabağ"la üz-üzə gəldiklərini xatırladıb: "Həmin vaxt Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsində qalib gəlmişdik. Səfərdə 1:2 hesabı ilə uduzsaq da, evdə 2:0 hesablı qələbə sayəsində "pley-off"a adlamışdıq. Lakin indi "Qarabağ"ın diqqətimizi yönəltməli olduğumuz bir neçə üstün tərəfi var. "Qarabağ" yaxşı komandadır. Əks halda bu mərhələyədək gəlib çıxa bilməzdilər. Amma istənilən halda hər iki oyunda qalib gəlmək gücündə olmalıyıq".

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 15-də, cavab matçları isə 23-də keçiriləcək.

Oxşar xəbərlər

“Rakuv” evdə, AEK səfərdə məğlub oldu - Çempionlar Liqası
Çempionlar Liqasında pley-offa start verilir
"Tofiq Bəhramov"da "Goal line" quraşdırılır - Futbol tariximizdə ilk dəfə
"Kopenhagen"lə matçlarının tarixi dəqiqləşdi
"Kopenhagen"ə qarşı oynamış "Qarabağ"ın futbolçusu:"Biz bunları etmədik və cəzalandırıldıq" - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər