reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" - "Kopenhagen" matçının biletləri neçəyə olacaq?


Çempionlar Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) matçının biletləri bu gün çapa göndərilib.
 
Sportfm.az xəbər verir ki, bu barədə  klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
 
Klub rəsmisi bildirib ki, UEFA gec təsdiqlədiyindən biletləri çapa yalnız bu gün göndərmək mümkün olub. Onun sözlərinə görə, biletlər şənbə günü - avqustun 12-də satışa çıxarılacaq.
 
Bilet qiymətləri sekktorlardan aslı olaraq 1-50 manat aralığında olacaq. Bəzi sektorlarda qiymətlərin dəyişməsi gözlənilir.
 
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" matçı avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20.00-da başlayacaq.(fanat.az)

Oxşar xəbərlər

“Qarabağ” - "Ludoqorets” matçının biletləri satışa çıxır
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
"Qarabağ" - "Bayer" matçının biletləri satışda
"Qarabağ" - "Kopenhagen" matçına satılan biletlərlə bağlı yeni təfərrüatlar
"Qarabağ" - "Kopenhagen" oyununun biletləri satışa çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər