reklam
Daha 2 boksçumuz medalı təmin etdi -
Sportfm.az xəbər saytı

Daha 2 boksçumuz medalı təmin etdi -Avropa çempionatı


Azərbaycan millisinin daha 2 boksçusu Macarıstanın. Payyaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Sportfm.az xəbər verir ki, Sübhan Mamedov (50 kq) və Səbuhi Əlizadə (+90 kq) 1/4 finalda qələbə qazanıblar.

Mamedov italiyalı rəqibinə 5:0 (30:27, 30:27, 30,27, 30:27, 30:27), Əlizadə isə ukraynalı boksçunu ikinci raundda tam üstünlüklə məğlub edib.

Onların yarımfinalda rəqibləri müvafiq olaraq, irlandiyalı və xorvatiyalı idmançılar olacaq.

Bu mərhələnin döyüşləri noyabrın 28-də olacaq.

Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Tağı Nəsibov (60 kq) 1/4 final görüşünü qələbə ilə başa vurub. Finala gedən yolda onun rəqibi bolqarıstanlı olacaq. Hər 3 boksçu özlərinə bürünc medalı təmin edib.

Oxşar xəbərlər

Boksçularımız dünya birinciliyinin yarımfinalında
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında
Boksçumuz bürünc medalı təmin etdi
Boksçumuz yarımfinalda - Avropa çempionatı
Daha 2 boksçumuz yarımfinalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər