reklam
Boksçumuz Budapeştdə finala çıxdı -
Sportfm.az xəbər saytı

Boksçumuz Budapeştdə finala çıxdı -Avropa çempionatı


Azərbaycan boksçusu Sübhan Mamedov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Sportfm.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan millinin lideri yarımfinalda Luis Runini (İrlandiya) məğlub edib.

İlk 2 raundda qalib gələn Mamedov analoji yarışın son çempionu ilə döyüşü vaxtından əvvəl xeyrinə bitirib. Rəqib güclü zərbədən zədələndiyi üçün həkimlər döyüşü saxlayıb və boksçumuz qalib elan edilib. O, sabah keçiriləcək finalda ukraynalı Maksim Rudiklə döyüşəcək.

Elbrus Rzayevin baş məşqçisi olduğu komandanın heyətində digər boksçularımızdan Tağı Nəsibov (60 kq) və Səbuhi Əlizadə (+90 kq) isə Avropa çempionatını bürünc medalla başa vurublar.

Oxşar xəbərlər

Daha 2 boksçumuz medalı təmin etdi - Avropa çempionatı
Daha 5 boksçusu 1/4 finala yüksəldi - Avropa çempionatı
4 boksçumuz finalda - Avropa birinciliyi
Boksçumuz Avropa çempionatında medal qazandı
Boksçumuz yarımfinalda - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər