reklam
Güləşçilərimiz bu dəfə Şuşa və Laçında oldu
Sportfm.az xəbər saytı

Güləşçilərimiz bu dəfə Şuşa və Laçında oldu


Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə təşkil edilən "Güləş Qarabağda" kampaniyasının ikinci günündə Laçın şəhər 2 saylı orta məktəbə baş çəkilib.

Sportfm.az xəbər verir ki, tədbirdə tanınmış güləşçilər çıxış edərək gənc nəslə öz tövsiyələrini veriblər. Daha sonra güləşlə bağlı maarifləndirici viktorina keçirilib və sualları dəqiq cavablandıran şagirdlər AGF tərəfindən mükafatlandırılıb. Daha sonra Rafiq Hüseynov, Eldəniz Əzizli, Mariya Stadnik, Rəsul Çunayev və Oyan Nəzəriani şagirdlərin suallarını cavablandırıb və avtoqraf veriblər.

Güləşin ulduzları Şuşaya da baş çəkiblər. Şuşa qalasında yerli sakinlərlə görüşən nümayəndə heyəti onlarla xatirə şəkli çəkdirib. Qeyd edək ki, Qarabağa Böyük Qayıdış layihəsinin tərkib hissəsi olan kampaniyanın məqsədi işğaldan azad olunmuş torpaqlarda yaşayan sakinlərdə motivasiyanı yüksəltmək, milli ruhda inkişafa töhfə vermək, güləşin ölkədə daha da populyarlaşmasını və bu sahədə maariflənməni təmin etməkdir.

Oxşar xəbərlər

Olimpiya çempionları Qarabağ Universitetini ziyarət etdi - FOTO
Hərbi İnstitutun güləş zalı inventarla təmin edildi
Kənddəki güləş zalına baxış keçirildi - FOTO
Yunan-Roma güləşi üzrə açıq məşq keçirilib
Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər