reklam
Novxanıda 3 nəfəri öldürən klub prezidenti azadlığa çıxdı -
Sportfm.az xəbər saytı

Novxanıda 3 nəfəri öldürən klub prezidenti azadlığa çıxdı -FOTO


Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cəzası 8 ildən 5 ilə endirilib.
Sportfm.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Hakim Fərid Əyyubovun sədrlik etdiyi hakimlər heyəti tərəflərin fikirlərini dinlədikdən, təqdim edilən sübutlara qiymət verdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxs hadisə vaxtı içkili olmayıb.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” markalı maşınla Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub. Qəza nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Ülman Şıxəliyev və Tovuz rayon sakini Yunis Əhmədov ölüblər. Hadisə vaxtı E.Kəlbəliyev sərxoş vəziyyətdə olub. Sonradan ölən şəxslərin hüquqi varisləri E.Kəlbəliyevlə barışıblar.

E.Kəlbəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə təqsili bilinərək 9 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həbs müddətini 8 ilə endirib.

Xatırladaq ki, E.Kəlbəliyev “Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Oxşar xəbərlər

Klub prezidenti 4 nəfərin ölümünə səbəb oldu - Hadisə
Əhmədov 700 gün sonra azad ediləcək
Azərbaycan çempionunu öldürən şəxs həbs edildi
Cavid Hüseynov azadlığa buraxıldı
Cavid Hüseynovun məhkəməsi təxirə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər