reklam
Sportfm.az xəbər saytı

"Formula-1"in sabiq pilotu ABŞ-də həbs edildi


Texas polisi "Formula-1"in sabiq pilotu, braziliyalı Antonio Pitssoniyanı həbs edib.

Sportfm.az xəbər verir ki, bu barədə "Formula Passion" nəşri məlumat yayıb.

Pitssoniya bir nəfərə hücum etdiyi üçün saxlanılıb. O, oğlunun iştirak etdiyi kartinq yarışından sonra digər uşağın atası ilə mübahisə edib və bu, davaya çevrilib. A.Pitssoniya girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, 45 yaşlı sabiq pilot 2003-2005-ci illərdə "Formula-1"də "Uilyams" və "Yaquar" komandalarının heyətində çıxış edib.

Oxşar xəbərlər

Millinin sabiq futbolçusu həbs edildi
Şumaxer “Charouz Racing”i tərk etdi - Formula 3
"Formula 1"in sabiq pilotu vəfat etdi
Tanınmış Formula-1 pilotu karyerasını başa vurdu
Sabiq "Formula 1" pilotu paralimpiadada qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər