Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: İspaniya millisində qalmaqal!
Avropa çempionatında ilk matçına hazırlaşan İspaniya millisi şok skandalla qarşı-qarşıya qalıb. Apasport.az saytının məlumatına görə, ispaniyalı futbolçular hazırda milli komandanın sıralarında olan qapıçı David de Xea, Muniain və İskonun adı seks qalmaqalında hallandırılır.
Bu barədə ingilis mətbuatı xəbər yayıb və xəbərlər ispan mediası tərəfindən də təsdiqlənib.
İddialara görə, adı çəkilən futbolçular yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girməkdə günahlandırılırlar. Adı açıqlanmayan bir qadın insan qaçaqçıları haqqında polisə şikayət edərkən futbolçuların da adını hallandırıb.
Digər tərəfdən İngiltərənin "Sun” qəzeti De Xeanın İspaniya millisinin heyətindən çıxarıldığını yazıb. Ancaq hələlik ispan rəsmilərdən bu barədə rəsmi bir açqlama gəlməyib.
Oxşar xəbərlər
Daha bir futbolçu İspaniya millisini tərk etdi
Xuan Mata Türkiyə Superliqasında?
İspaniya millisində yeni baş məşqçi
EURO 2016: Xorvatiyada ciddi itkilər
EURO 2016: İspaniya millisindən rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası