Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klublarımızın Çempionlar Liqasında 150-ci qolu
Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb.
Sportfm.az xəbər verir ki, yubiley qolunu Bəhlul Mustafazadə vurub.
"Qarabağ"ın müdafiəçisi Liqa mərhələsinin VII turunun "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında qələbə topunun müəllifi olub – 3:2.
Azərbaycan komandaları qitənin ən nüfuzlu klub turnirinin təsnifat və əsas mərhələlərində keçirilən 116-cı matçda 150-yə çatıb.
Bu qollara 7 komanda imza atıb. "Qarabağ" hamıdan çox – 110 dəfə fərqlənib. "Neftçi" 18, "Bakı" 7, "Şəmkir" 6, "Kəpəz" 4, "Şamaxı" 3, "Xəzər Lənkəran" 2 qola sevinib. 150 qoldan 135-i təsnifat və pley-off, 15-i əsas mərhələlərdə (qrup və liqa) vurulub.
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycan təmsilçilərinin ilk qoluna İmamyar Süleymanov imza atıb. O, 1998-ci il iyulun 22-də baş tutan LKS (Polşa) - "Kəpəz" qarşılaşmasında (4:1) fərqlənib.

Oxşar xəbərlər
“Şamaxı” 400-cü qoluna imza atdı
Avrokuboklarda 500-cü qol
“Qarabağ”ın 900-cü ev qolu
"Qarabağ"dan 600-cü səfər qolu
“İnter”in 650-ci qolunu kim vurdu?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası