reklam
Almaniya dünya çempionatına ev sahibliyi edəcək -
Sportfm.az xəbər saytı

Almaniya dünya çempionatına ev sahibliyi edəcək -Fişer şahmatı üzrə


Beynəlxalq Şahmat Federasiyası (FIDE) və "Freestyle Chess" təşkilatı arasında əldə olunmuş razılığa əsasən, 2027-ci ildə Fişer şahmatı üzrə dünya çempionatı yenidən Almaniyanın Vaysenhauz şəhərində keçiriləcək.
Sportfm.az xəbər verir ki, əldə olunmuş sazişə əsasən 2026-cı ildəki ilk rəsmi turnirdən sonra yarışın Baltik dənizi sahilindəki məkanda davam etdirilməsi təsdiqlənib.

2027-ci ilin fevral ayının ilk həftəsonu qadınlar, ikinci həftəsonu isə kişilərin əsas turniri baş tutacaq. Hər iki yarış üç gün davam edəcək. FIDE turnirin təqvimini beynəlxalq şahmat cədvəlinə uyğunlaşdırıb.

Bu il keçirilən ilk rəsmi dünya çempionatının nəticələrinə əsasən, Maqnus Karlsen (Norveç) çempion, Fabiano Karuana (ABŞ) gümüş, Nodirbek Abdusattorov (Özbəkistan) isə bürünc mükafatçı kimi gələn il baş tutacaq yarışa birbaşa vəsiqə qazanıb.

Qadınlardan isə Bibisara Assaubayevanın (Qazaxıstan) mundialda iştirakı dəqiqləşib.

Qeyd edək ki, Fişer şahmatı (Freestyle Chess) eyni zamanda "Chess960" kimi də tanınır. Turnir üçün növbəti təsnifat mərhələsi 2026-cı il aprelin 2-dən 6-dək Almaniyanın Karlsrue şəhərində keçiriləcək "Grenke Freestyle Chess Open" yarışı olacaq.

Oxşar xəbərlər

Bakıda keçiriləcək dünya çempionatının tarixi dəyişdirildi
AŞF-dan bir ilk - “Chess Tour Azerbaijan” keçiriləcək
Qətər dünya çempionatına ev sahibliyi edəcək
Şahmatçımız beynəlxalq turnirdə ilk görüşünü keçirəcək
Qrossmeysterimiz “GRENKE Chess Classic” turnirində çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər