reklam
İraq millisi FİFA-ya müraciət etdi -
Sportfm.az xəbər saytı

İraq millisi FİFA-ya müraciət etdi -DÇ-2026


İraq millisi 2026-cı il dünya çempionatının pley-off matçının tarixinin dəyişdirilməsi üçün FİFA-ya müraciət edib. Komanda martın 31-də Meksikada Boliviya və Surinam cütünün qalibi ilə qarşılaşmalıdır.
Sportfm.az xəbər verir ki, İraq yaxınlığında baş verən regional münaqişə səbəbindən hava məkanı bağlanıb və uçuşlar çətinləşdiyinə görə, FİFA iraqlılara Türkiyəyə quru yolla səfər etməyi, oradan isə Meksikaya uçmağı təklif edib.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana hava hücumları həyata keçirməsindən sonra İraq hava məkanını bağlayıb. Buna cavab olaraq Tehran İsrailə, həmçinin, Fars körfəzi ölkələrinə, Azərbaycana – Naxçıvan Muxtar Respublikası ərazisinə raket və pilotsuz uçuş aparatları göndərib. Bu hadisələrdən sonra İraqın hava məkanı bağlanıb və komandanın səfəri çətinləşib.

Oxşar xəbərlər

DÇ-2026-nın püşkü atıldı - Qruplar bilindi
İranlı İraq yığmasının baş məşqçisi oldu
Millinin heyətində 9 "lipa" çıxdı
İraq millisi saqqala görə Asiya Oyunlarına getmədi
İraq yığması Bakıya nə üçün gəlib? - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər