reklam
Bu gün Qərb derbisi var -
Sportfm.az xəbər saytı

Bu gün Qərb derbisi var -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun son oyunları keçiriləcək.

Sportfm.az xəbər verir ki, hər iki qarşılaşma bölgələrdə təşkil olunacaq.

Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Saat 15:00-da başlanacaq Qərb derbisini yeni FIFA referisi Tural Qurbanov baş hakim kimi təyinat alıb.

Hazırda "Kəpəz" 23 oyundan 17 xalla 10-cu, "Turan Tovuz" 44 xalla 3-cü yerdə gedir. İki komandanın əvvəlki 14 matçının 3-də Gəncə, 10-da Tovuz təmsilçisi qələbə qazanıb, 1-i isə heç-heçə ilə yekunlaşıb. “Turan Tovuz” son 10 oyunda qol vurub. “Kəpəz” axırıncı üç qarşılaşmada quru hesabla məğlub olub.

Qəbələ şəhər stadionunda isə eyniadlı komanda "Neftçi"ni sınağa çəkəcək. Görüşü FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Hazırda "Qəbələ" 23 oyundan 16 xalla 11-ci yerdə gedir. Paytaxt təmsilçisi isə 22 oyundan 31 xalla 7-cidir.

Əvvəlki 65 görüşün 18-də "Qəbələ", 33-də "Neftçi" qalib gəlib, 14-ü heç-heçə ilə bitib. Topların nisbətində "ağ-qaralar"ın üstünlüyü belədir - 98:70. “Qəbələ” son 3 görüşdə qol vurmayıb. “Neftçi” ötən 6 matçda xal itirməyib.

Azərbaycan Premyer Liqası, XXIV tur
15 mart (bazar)

15:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Azər Əsgərov
Yevlax şəhər stadionu

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, XXIV turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" evdə "Karvan-Yevlax"ı 2:1, "Şamaxı" səfərdə "Sumqayıt"ı 1:0, "Sabah" "İmişli"ni 5:0, "Qarabağ" "Zirə"ni 3:1 hesabı ilə yenib.

Oxşar xəbərlər

"Turan" Şamaxıda 3 xal sorağında - Premyer Liqa
Tofiq Bəhramov adına Respublika Stadionunda önəmli oyun - Premyer Liqa
"Sumqayıt" qələbə sorağında - Premyer Liqa
Bu gün 2 qarşılaşma olacaq - Premyer Liqa
“Neftçi” – “Turan Tovuz” matçının hakimləri bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər