reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" evdə uduzdu, "Kəpəz" - "Turan Tovuz" matçında bərabərlik -Premyer Liqa


Bu gün Misli Premyer Liqasında 24-cü tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar yekunlaşıb.

Əvvəlcə "Kəpəz" əzəli rəqiblərindən olan "Turan Tovuz"la qarşılaşıb. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarında "Turan Tovuz" qalib gəlib - 3:0, 2:0.

Turun və günün son matçında "Qəbələ" öz meydanında "Neftçi"ni qəbul edib. Qarşılaşma"ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Neftçi" ilk dövrədə 2:0, 2-ci dövrədə isə 1:0 hesabı ilə "Qəbələ"yə qalib gəlib.

15 mart (bazar)

Misli Premyer Liqası, 24-cü tur

18:00. “Qəbələ” – “Neftçi” - 1:3

Qol: Seydina Keyta, 19-pen. (1:0), Bassala Sambu, 22 (1:1), Emin Mahmudov, 69-pen. (1:2), Murad Məmmədov, 77 (1:3)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu

15:00.“Kəpəz” – “Turan Tovuz” - 1:1

Qollar: Rəhman Hacıyev, 55 (1:0), Joarlem Santos, 61 (1:1)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Rahil Ramazanov
Yevlax şəhər stadionu

Oxşar xəbərlər

Bu gün Qərb derbisi var - Premyer Liqa
“Turan Tovuz” "Neftçi"ni məğlub etdi - Premyer Liqa
Ədalətsiz nəticə - "Qəbələ"ni məğlub etdirdilər
“Şamaxı” “Turan Tovuz”la heç-heçə etdi - Premyer Liqa
"Turan Tovuz" "Neftçi" ilə bərabərə qaldı, "Zirə" "Kəpəz"i məğlub etdi - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər