reklam
UEFA Rusiya millisinə qarşı iş açdı
Sportfm.az xəbər saytı

UEFA Rusiya millisinə qarşı iş açdı


UEFA Rusiya milli komandası barədə intizam işi açıb.

Qol.az-ın "Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, buna rus azarkeşlərin İngiltərə ilə oyun (1:1) vaxtı və sonra ingilis fanatlara qarşı davranışı səbəb olub. Onlar tribunada ixtişaş yaratmaqda, irqçilikdə və pirotexniki vasitələrin istifadəsində günahlandırılır.

Rusiya millisi barədə sanksiyanın UEFA-nın İntizam Komitəsinin iyunun 14-də keçiriləcək iclasında qəbul olunacaq.

Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyası ilə bağlı hər hansı iş açılmayıb.

Dünənki matçdan sonra bir qrup rus azarkeş ingilislərin oturduğu sektora keçərək onlara hücum edib. Yalnız təhlükəsizliyi təmin edən stüardların müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.

Yeri gəlmişkən, belə hallara görə komandaya ən yaxşı halda maddi cəza tətbiq edilir. Amma yarışın əsasnaməsində göstərilir ki, bu cür durumlarda qaydanı pozan azarkeşlərin sektoru qapıdıla və ya komandanın xalı silinə bilər.

Qeyd edək ki, "Avro-2012”də Çexiya ilə matçda yaşanan bənzər olaylar səbəbindən UEFA Rusiya millisinin 6 xalını şərti olaraq silib. Bu dəfə qərar verilərsə, həmin şərti cəzanın qüvvəyə minəcəyi istisna deyil.

Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bildirib ki, UEFA böyük ehtimalla RFİ-yə maddi cəza tətbiq edəcək.  

Oxşar xəbərlər

UEFA-dan Gürcüstana ağır cəza
UEFA Ermənistana intizam işi açdı - Təxribat
UEFA Rusiya klubuna qarşı intizam işi açdı
UEFA Rusiya klubunu cəzalandırdı
Rusiya üçün şok qərar: Olimpiadaya buraxılmırlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər