reklam
“Neftçi” - “Qarabağ” matçına 6000 bilet satıldı
Sportfm.az xəbər saytı

“Neftçi” - “Qarabağ” matçına 6000 bilet satıldı


Sabah Misli Premyer Liqasının 29-cu turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” matçına artıq 6000 bilet satılıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Bildirilib ki, satışı davam edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək mümkündür. Stadionun kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

Bundan əlavə, matçdan əvvəl “Neftçi” azarkeşləri üçün 3 nöqtədə əyləncəli fan zona təşkil olunacaq.

“Neftçi” klubu bütün biletlərin satılmaq ehtimalının yüksək olduğunu nəzərə alaraq, giriş-çıxışı daha rahat təşkil etmək, tıxac və növbə problemi ilə üzləşməmək üçün azarkeşlərə “Palms Sports Arena”ya oyunun başlanma vaxtından 2 saat öncə gəlməyi tövsiyə edir.

Oxşar xəbərlər

“Neftçi” – “Qəbələ” matçının biletləri satışda
“Neftçi” – “Zirə” matçının biletləri satışda
"İmişli" və "Sumqayıt"ı eyni biletlə izləmək olacaq - YENİLİK
Kubokun matçına giriş pulsuz olacaq
“Neftçi” – “Karvan-Yevlax” matçının biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər