Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm
Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. “Qarabağ” klubundan təklif gələndə təəccüblənmədim. “Qarabağ” komandası “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalıb.
Sportfm.az xəbər verir ki, bu sözləri ölkəmizi UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək Ağdamın “Qarabağ” klubunun yeni transferi Tarik Elyunussi deyib.
Futbolçu bildirib ki, “Qarabağ”ın gücü hamıya məlumdur. Komanda cari mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Amma buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq. Mən də “Qarabağ”ın uğur qazanması üçün əlimdən gələni etməyə çalışacağam.
Oxşar xəbərlər
Medina "Qarabağ"a transferi barədə danışdı
"Azərbaycanın 6 dəfə ardıcıl çempion olan komandasına gəldiyimi yaxşı başa düşürəm" - Ovusu
"Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm"
"Qarabağ"dan ayrılan futbolçu: "Bakıda qaldığım mənzildə tualet qızıldan idi"
“Qarabağ”ın futbolçusu İsveç klubunda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası