"Qarabağ"ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm"
“Qarabağ”a gəldiyim üçün özümü çox yaxşı hiss edirəm. Hansı kluba keçdiyimin fərqindəyəm”.
Sportfm.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Hannes Tur Halldorsson deyib. Klubun "facebook" səhifəsinə açıqlama verən İslandiya millisinin qapıçısı Qarabağın tarixi haqda məlumatlı olduğunu bildirib. 34 yaşlı qolkiper Azərbaycan çempionu ilə bağlı hədəflərini də açıqlayıb:
“Bura gəlməzdən əvvəl həm klub, həm də Azərbaycan haqda məlumat toplamışam. Karyeram ərzində dünya çempionatı və Avropa çempionatının final mərhələlərində oynamışam. İndiki hədəfim “Qarabağ”la Çempionlar Liqasında oynamaqdı. Burda da “Qarabağ”ın uğurları üçün əlimdən gələni edəcəyimə əmin olun. “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşürəm. Bu haqda ətraflı məlumatım var”.
Oxşar xəbərlər
"Şeydayevin "Qarabağ"ın oyununa uyğunlaşması üçün vaxt lazımdı" - Veteran futbolçu
"Çox möhtəşəm bir kluba gəlmişəm" - Faysal Rerras
"Oyunları səbirsizliklə gözləyirəm" - Yeni transfer
Əcnəbi qapıçı Azərbaycandakı karyerası ilə bağlı kitab yazacaq
Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası