Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Zirə” – “Payde” oyununun baş hakimi dəyişdirildi
“Zirə”nin UEFA Konfrans Liqasında “Payde” (Estoniya) ilə keçirəcəyi 2-ci təsnifat mərhələsinin cavab matçının baş hakimi dəyişdirilib.
Sportfm.az xəbər verir ki, oyunu xorvatiyalı Dario Bel yox, onun həmyerlisi Patrik Kolariç idarə edəcək. Kolariçə İvan Yaniç və Dino Knez yan xətt hakimləri, Patrik Pavleşiç isə dördüncü hakim kimi yardımçı olacaq.
Baş hakim dəyişikliyinin səbəbi isə Belin martın 21-də Xorvatiya çempionatının “Vukovar” – “Hayduk” matçında aldığı ciddi zədədir. 38 yaşlı hakim həmin matçda axill vətərini qırıb və mövsümün sonunadək sıradan çıxıb.
İyulun 30-da Sumqayıtda keçiriləcək “Zirə” – “Payde” matçı saat 20:00-da başlayacaq. İlk görüşdə estonlar qalib gəlib – 1:0.

Oxşar xəbərlər
Klublarımızın cavab matçlarının təyinatları
“Zirə” “Payde” ilə qarşılaşacaq - Konfrans Liqası
“Qarabağ”ın oyununu idarə etmiş hakim “Zirə”nin matçında
“Hayduk” – “Zirə” matçının hakimləri bilindi
"Zirə" - "Hayduk" oyununun vaxtı dəyişdirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası