Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" -AFFA-nın təfəkkürü
Bir müddət öncə AFFA-nın Hövsanda U-15 Dünya Çempionatı üçün tikilən stadionlara media tur təşkil etməsi ilə bağlı məlumat vermişdik.
Və elə həmin media turda məhdud sayda jurnalist iştirak etmişdi. Cəmi 30 nəfəri Hövsana dəvət edən AFFA nədənsə xeyli sayda jurnalistə dəvət göndərməmişdi.
Üstəlik, AFFA media turla bağlı məlumatı öz saytında yerləşdirmək əvəzinə, Hövsana apardığı jurnalistlərə bir-bir votsapla mesaj yazaraq çağırmışdı.
Digər KİV-lərin nədən kənarda qalması ilə bağlı sualımıza isə AFFA-dan belə cavab gəlmişdi "Limit var idi, növbəti media tur olacaq".
Təbii ki, bu bizləri yola vermək üçün deyilən sözlər idi. Heç bir media tur olmayacaqdı. Bunu biz də bilirdik.
Bəs, səbəb nə idi, niyə xeyli sayda jurnalist bu dəvətdən kənarda qaldı?
Biz deyək, sizlər də eşidin. AFFA oktyabrın 8-nə təyin etdiyi media turdan öncə U-20 yığmamızın Yaponiya ilə hazırlıq matçını izləmək üçün Qəbələyə yollanan jurnalistləri dəvət etməməyi lazım bildi. Düzdü, Qəbələyə yollanan bir neçə saytın əməkdaşı Hövsanda da vardı. Onlar isə AFFA ilə əməkdaşlığı olan KİV-lər idi. Ortaya sual çıxır, AFFA axı niyə belə etdi, ölkəmizdə keçiriləcək U-20 Dünya Çempionatı kimi mötəbər turniri, bu mühüm hadisəni işıqlandıracaq jurnalistləri niyə kənarda qoydu?
Bax, bu suala artıq AFFA cavab verməlidi. Yoxsa, jurnalistlər arasında ayrı-seçkilik edib, "o ora getdi, bura gəlməsin, bu bura gəldi, ora getməsin" təfəkkürü ilə federasiyanı idarə edən şəxslər bu şəxsi prinsip idarəçiliyi ilə çox davam edə bilməyəcəklər.
Mövzünu davam edəcəyik.
ÜLVİ

Oxşar xəbərlər
AFFA-nın limitli MEDİA TURU - Yeni hoqqa, yoxsa ayrı-seçkilik?
AFFA-ya tualet kağızı da yetməyəcək...
AFFA idman jurnalistləri üçün seminar keçirdi
AFFA ilə ukraynalıların jurnalistlərə qoyduğu fərq - Qeyd
AFFA-nın baş katibi Media Komitəsinin İdarə Heyətinin üzvləri ilə görüşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.png)

Misli Premyer Liqası