reklam
Qazaxstanda 2 qızıl medal -
Sportfm.az xəbər saytı

Qazaxstanda 2 qızıl medal -Uğur


Azərbaycanın 2 boksçusu Qazaxıstanda məktəblilər (U-15) arasında keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.

Sportfm.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda təşkil olunan yarışda 5 ölkənin idmançıları mübarizə aparıblar.

Turnirə 2 boksçu ilə qatılan Azərbaycan millisinin hər iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərini üstələyərək çempion olublar. Ölkə təmsilçiləri finalda yerli boksçularla görüşü vaxtından əvvəl tam üstünlüklə başa vurublar.

Komandanın çalışdırıcısı Etibar Abdullayev turnirin ən yaxşı məşqçisi seçilib.

Oxşar xəbərlər

Cüdoçularımız üç fərqli turnirdə beş medal qazanıb - FOTO
Azərbaycan boksçuları 9 medal qazandı - Beynəlxalq turnir
Qazaxıstanda 2 qızıl medal - Ənənəvi turnir
İdmançılarımız Türkiyədə 2 qızıl medal qazandı
Boksçumuz Gimnaziadada qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər