"Neftçi" üçün canımı qoymuşam" - VİDEO
"Doğma hissdir. Üçüncü dəfədir bu komandaya qayıdıram".
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Sadiqov "Neftçi" TV-yə açıqlamasında deyib.
Millimizin sabiq üzvü “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini bildirib: "Yeddi il oynamışam, az müddət deyil. Bu klub üçün canımı qoymuşam. İlk dəfə bu komanda ilə Avropa Liqasının qrupuna vəsiqə qazanmışıq, o sevinci yaşamışam. Komanda yoldaşlarımla əlimizdən gələni edəcəyik ki, yenə qrup mərhələsində oynayaq, o həyəcanı yaşayaq. "Neftçi” Azərbaycanın flaqmanıdır. Həm yerli, həm də legioner – hər bir futbolçumuzun borcudur ki, komandanı yüksəklərə qaldırsın.
R.Sadiqov Tərlan Əhmədovun komandaya baş məşqçi təyin olunmasına da münasibət bildirib: "Əvvəl bilmirdim necə olub, amma indi münasibətləri görürəm, burada atmosfer tam başqadır, yerli, legioner bir-biri ilə qardaşdır. Məncə, Tərlan müəllim bura kollektiv ab-havası gətirib. Çalışacağıq, yaxşı nəticələr verək”.
Oxşar xəbərlər
19:37-də “Neftçi”ni təbrik etdi - Rəşad Sadıqov
100-ə nə qaldı? - Rəşad Sadıqov rekordun astanasında
"“İmportnı” məşqçi gətirirlər, elə bilirlər ki, o da “importnı” mal kimi qiymətlidir” - Aqil Abbas
"Neftçi"nin futbolçusu: "Nəticə vacib deyil"
Tarik Elyunussi: Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Kubokunda növbəti mərhələnin oyunları - CƏDVƏL
-
Emrelinin komandasından ikinci qələbə
-
Super Liqanın yeni titul sponsoru müəyyənləşdi
-
Dünya çempionatı 2027-nin brendi Bakıda nümayiş olundu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Qəbələ” “Sabah”a, “Qarabağ” “Neftçi”yə qarşı - Premyer Liqa














Misli Premyer Liqası