reklam
Sportfm.az xəbər saytı

"Araz"ın futzalçıları rəqibi 10 dəfə mərkəzə dəvət etdi


Foto:Sportfm.az

Futzal üzrə Yüksək Liqanın lideri "Araz" yeni mövsümün hazırlıqları çərçivəsində növbəti yoxlama matçını keçirib. 

Sportfm.az saytı xəbər verir ki, Bakı İdman Zalında keçirilən qarşılaşmada Naxçıvan klubunun rəqibi bu mövsüm elitada debüt edəcək "İtaldizayn" olub. Braziliyalı mütəxəssis Alesio Da Silvanın rəhbərlik etdiyi komanda rəqibin qapısından 10 top keçirib. "İtaldizayn" isə "Araz"ı cəmi bir dəfə cəzalandırıb. 

Qeyd edək ki, Yüksək Liqanın sentyabrın 23-də start götürməsi nəzərdə tutulsa da, həmin vaxt çempionatı başlamaq mümkün olmayacaq. Belə ki, ölkə çempionatının ilk turunun sentyabrın 30-da başlaması gözlənilir. 

 

Oxşar xəbərlər

Futzal Federasiyasında yeni təyinatla bərabər, Yüksək Liqanın püşkü atıldı
EKOL "Araz"la bacarmadı
Ağatahir Əzimov oynadı, komandası məğlub oldu
Alesionun yeni braziliyalıları və çözülən Faiq Əliyev "düyünü"
Futzal üzrə ölkə çempionatı nə vaxt başlayır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər