reklam
Zelim Kotsoyev mübarizəni dayandırdı -
Sportfm.az xəbər saytı

Zelim Kotsoyev mübarizəni dayandırdı -Dünya çempionatı


Bakıda cüdo üzrə dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, mundialın 6-cı günündə Azərbaycanın bir təmsilçisi tatamiyə çıxıb.

100 kq çəki dərəcəsində Olimpiya və dünya çempionu Zelim Kotsoyev medal uğrunda mübarizəyə qoşulub. Onun ilk rəqibi 1/32 funalda Baymurad Bajanov (Türmənistan) olub. Zelim rəqibinə ipponla qalib gələrək 1/16 finala yüksəlib.

O, növbəti mərhələdə Benjamin Mataseje (Slovakiya) ilə üz-üzə gəlib və ipponla qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb. Kotsoyev bu mərhələdə Rusiyanı təmsil edən erməni Arman Adamyanla qarşılaşıb və məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.

Oxşar xəbərlər

Zelim finalda uduzdu, Ömər bürünc medal qazandı - Dünya çempionatı
İki cüdoçumuz 1/4 finalda - Dünya çempionatı
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
Azərbaycan Olimpiadada daha bir medal qazandı
Elmar Qasımov erməni rəqibini ipponla məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər