reklam
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
Sportfm.az xəbər saytı

Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü


Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün inşa olunan Hövsan Yarış Kompleksində ilk məşqini keçirib.
Sportfm.az xəbər verir ki, hazırlıq prosesindən əvvəl əsas millinin baş məşqçisi Ayxan Abbasov futbolçular və məşqçi heyəti ilə görüşərək onlara turnirdə uğurlar arzulayıb.

Mütəxəssis gənc futbolçulara inamının yüksək olduğunu bildirib:

“15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir”.

Daha sonra Ayxan Abbasov yığmanın məşqini izləyib.

Azərbaycan millisi turnirdə ilk oyununu oktyabrın 24-də, saat 19:30-da “Crystal Hall”da Şərqi-Timor yığmasına qarşı keçirəcək. Komanda qrup mərhələsində Andorra, Avstraliya, İsrail və Haiti yığmaları ilə də qarşılaşacaq.

Oxşar xəbərlər

"İnşallah, qələbələr də gələcək” - Ayxan Abbasov
Dünya çempionatı və festivalının detalları məlum oldu
Azərbaycan millisinin rəqibləri bəlli oldu - Dünya çempionatı
Ayxan Abbasov mətbuat önünə çıxır
5 qat dünya çempionu millimizin məşqini izlədi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər