"Qəlbi bizimlə" olan türk futbolçu millimizdən imtina etdi
Türkiyənin "Bursaspor" klubunun və U-21 milli komandamızın yarımmüdafiəçisi Ozancan Kökcü karyerası ilə bağlı qərar qəbul edib.
Sportfm.az xəbər verir ki, bu barədə oyunçu özü instaqram səhifəsindən açıqlama verıb.
Gənc futbolçu Azərbaycan milli komandasında oynamaqdan imtina etdiyini bildirib. Kökcü məsələ ilə bağlı açıqlamasında bunları qeyd edib: "An etibarilə verdiyim qərarı sizinlə paylaşmaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və şəxsən, qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim. Düşünürəm ki, milli komandada oynayan futbolçular həmin ölkədə doğulan və özünü həmin məmləkətin vətəndaşı hiss edən şəxslər olmalıdı. Mən Azərbaycanda oynayan futbolçu dostlarıma qarşı hörmətsizlik etmək istəmirəm. Orada oynayan oyunçulara qarşı haqsızlıq etdiyimi düşünərək Azərbaycan millisindən icazəmi istəyirəm. Mənim əvəzimə oynayan dostlarıma ürəkdən uğurlar arzu edirəm. Qəlbim sizinlədir!"
Qeyd edək ki, 19 yaşlı futbolçu bu ildən milli komandamızda çıxış edirdi.
Oxşar xəbərlər
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"
"Sadıqovun rekordunu qırmaq istəyirəm" - Dmitri Nazarov
"Fənərbaxça"da oynayan futbolçu "Neftçi" ilə müqavilə bağladı
Şeydayev millimizdən imtina edibmi? - Problem
Daha bir almaniyalı Türkiyə millisini seçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası