reklam
Sportfm.az xəbər saytı

"Bavariya"nın yeni baş məşqçisi kim olacaq?


Dortmundun "Borussiya" klubunun sabiq baş məşqçisi Tomas Tuxel yaxın müddətdə "Bavariya"nın baş məşqçisi təyin ediləcək.

Sportfm.az xəbər verir ki, klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.
Sentyabrın 28-də "Bavariya"nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.
44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın "Maynts" və "Borussiya" (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında "Borussiya" 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb.

Oxşar xəbərlər

Aldılar, bəyənmədilər, satırlar...
“Yuventus” alman məşqçi ilə danışığa başladı
"Çelsi"nin baş məşqçisi virusa yoluxdu - Karantin alındı
100-cü matçını keçirdi - Tuxel
Almaniyadan Fransaya yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər