“Qarabağ”-“Atletiko” matçının biletləri satışa çıxarıldı - Ünvanlar
“Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda İspaniyanın “Atletiko” klubunu qəbul edəcək.
Sportfm.az xəbər verir ki, bu qarşılaşma üçün biletlər satışa çıxarılıb.
Azarkeşlər biletləri “ASAN xidmət” mərkəzlərindən, Heydər Əliyev Sarayının kassasından, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindən, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyov küçəsi 69x ünvanından ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Qeyd edək ki, “Qarabağ” - “Atletiko” matçı oktyabrın 18-də saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
“Qarabağ” - “Ferentsvaroş” oyununun biletləri satışa çıxarıldı
"Qarabağ"ın 1 və 50 manatlıq azarkeşləri
“Qarabağ”–“Atletiko Madrid” oyununa nə qədər bilet satılıb?
"Qarabağ"ın ilk ev oyununa 30 000 bilet satılıb
"Qarabağ"ın "Roma" ilə ev oyunun biletlərinin qiyməti açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası