reklam
Ceyran Əliyeva:
Sportfm.az xəbər saytı

Ceyran Əliyeva:"Mənə şans verilmirdi" - ÖZƏL


Qadınlardan ibarət voleybol yığmamız Azərbaycan və Gürcüstanda keçirilən Avropa Çempionatını 4-cü pillədə tamamladı.
3-üncü yer uğrunda görüşdə Türkiyəyə məğlub olan Faiq Qarayevin yetirmələri turnir boyu demək olar ki, eyni heyətlə çıxış etdi. Daha çox milliləşdirilən voleybolçulara yer verən baş məşqçidən şans qazanmayan yığma üzvlərindən biri də, libero Ceyran Əliyeva idi. Azərbaycan voleybol məktəbinin yetirməsi Sportfm.az saytına bəzi məqamları açıqlayıb:”Oyunlarda libero kimi Valeriya Məmmədova çıxış edirdi və mənə şans verilmirdi. Oyunçu kimi isə az da olsa mübarizə apardım. Voleybolda komanda halında güclü olmaq çox vacibdi. Yarımfinala qədər irəlilədiyimiz üçün çox sevinirik. Təbii ki, meydanda daha çox olmaq istəyərdim, bunu kim istəməz?”.
Qeyd edək ki, millimiz yarımfinalda Türkiyəyə 1:3 hesabı ilə məğlub olmuşdu.

Oxşar xəbərlər

Voleybol milliləri növbəti matçlarına çıxacaq - Qızıl Avropa Liqası
Millinin üzvlərinə “İdman usta”sı adı verildi - UĞUR
Ceyran, Leysan və Vüqarın digər çağırdıqları - Yığmamızın heyəti məlumdur
Oynamayan Ceyran, danışmayan Natalya və susan Faiq - QEYD
Yığmamız Sloveniya ilə oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər