reklam
Robert Prosineçki:
Sportfm.az xəbər saytı

Robert Prosineçki:"Matçdan sonra bir-birimizin üzünə baxa bilək..."


DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq.
Sportfm.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki sabah Almaniyaya qarşı keçirəcəyimiz matçdan öncə mətbuat nümayəndələrinin önünə çıxaraq sualları cavablandırıb:
- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdı. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin görüş gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdığlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.
- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya bilərsinizmi?
- Əgər oyun bu gün olsaydı heyəti açıqlaya bilərdim. İndiki durumda son məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.
- Rəşad Sadıqov da milliylə birgə Almaniyaya gəlib. Onu sabahkı oyunda meydanda görə biləcəyik?
- Yox. Çexiya ilə oyun Rəşad üçün son oyun idi.
- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını bildirdi. Siz necə düşünürsüz?
- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda da yaxşı çıxış edəcəklər.

Oxşar xəbərlər

Yoahim Löv:"Azərbaycan millisi autsayderdi"
Yığmamız Çexiya ilə oyunda bu start heyəti ilə çıxış edəcək - FOTO
Robert Prosineçki:"Futbolçularıma güvənirəm"
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Robert Prosineçki:"Sabahkı oyuna 100 faiz sağlam futbolçular çıxacaq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər