Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
49 yaşında futbola qayıtdı!
İngiltərə milli komandasının və "Arsenal" klubunun sabiq yarımmüdafiəçisi Pol Merson 49 yaşında futbolçu karyerasını bərpa etməyi qərara alıb.
Sportfm.az xəbər verir ki, Merson Uels çempionatının IV Divizionunda çıxış edən "Kerau" ilə müqavilə imzalayıb. Onun yeni komandasında ilk matçını oktyabrın 18-də keçirəcəyi gözlənilir.
Qeyd edək ki, Pol Merson karyerası ərzində "Arsenal"la Kuboklar Kuboku, İngiltərə Kuboku, Liqa Kuboku qazanıb. O, İngiltərə yığmasının heyətində 1998-ci il dünya çempionatına qatılıb. 2006-cı ildə karyerasını başa vurmuş Mersonun son klubu İngiltərə V Divizionunda çıxış edən "Tamuort" olub.
Oxşar xəbərlər
16 yaşında debüt etdi, 30 yaşında futboldan getdi
“Liverpul”un sabiq futbolçusu dünyasını dəyişdi - 71 yaşında
Məşhur futbolçu karyerasını bərpa etdi - 40 yaşında
"Çelsi"nin sabiq baş məşqçisi vəfat etdi
32 yaşında karyerasını bərpa edir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası