reklam
DÇ-2018: Kamerun və Keniya Azərbaycana potensial rəqib oldu
Sportfm.az xəbər saytı

DÇ-2018: Kamerun və Keniya Azərbaycana potensial rəqib oldu


Qadın voleybolçular arasında 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatına daha 2 yığma vəsiqə qazanıb.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu, DÇ-2018-in Afrika çempionatının nəticəsinə əsasən rəsmiləşib.

Belə ki, yarışın finalına yüksələn Keniya və Kamerun voleybolçuları mundialda iştirak hüququna da yiyələniblər. Onlar çempionu bu gün müəyyənləşdirəcəklər.

Bununla da mundialın 24 iştirakçısından 19-nun adına aydınlıq gəlib. Bunlar ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən Kuba, Kanada, Afrikadan Keniya və Kamerun milliləridi. Digər komandalar isə Okeaniya və NORCECA zonaları üzrə baş tutacaq yarışların nəticəsinə əsasən bilinəcək.

Oxşar xəbərlər

Voleybolçularımızın rəqibləri bəlli oldu - İslam Həmrəyliyi Oyunları
Dünya çempionatına 29 ölkə vəsiqə qazandı - SİYAHI
Tokio-2020-də iştirak edəcək bütün futbol komandaları - SİYAHI SİYAHI
Millimiz ABŞ və Rusiya yığmaları ilə bir qrupda
Azərbaycan millisi üçün Yaponiyada 6 məkan - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər