AFFA milli komandalarımızın baş məşqçilərini qovdu -SENSASİYA
AFFA milli komandalarımızın baş məşqçiləri ilə bağlı yeni qərar qəbul edib.
Sportfm.az saytı yenicag.az-a istinadən bildirir ki, assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.
Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.
Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.
Qeyd edək ki, U-17 millimiz son olaraq Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış edib. Mirbağır İsayevin rəhbərlik etdiyi milli İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olub, yeganə qələbəsini isə Bolqarıstan üzərində qazanıb - 2:1.
Təbriz Həsənovun başçılıq etdiyi U-19 isə Avropa çempionatının ilkin seçmə mərhələsində Kipr yığmasına 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub, İrlandiya ilə isə qolsuz bərabərə qalıb.
Oxşar xəbərlər
U-17 və U-19 millilərinin baş məşqçiləri ilə müqaviləyə xitam verildi
“Qərarı AFFA rəhbərliyi və Qurban Qurbanov verəcək”
Millimiz son turda qələbə qazandı
17 yaşlılarımız "ənənəyə" sadiq qaldı
Yığmamızın məşqçi postunda yeni "dəyiş-düyüş"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası