Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016-ya görə toyunu təxirə salacaq
Uels millisinin yarımmüdafiəçisi Cozef Ledli Avropa çempionatına görə toyunu təxirə salmalı olacaq. Goal.az xəbər verir ki, britaniyalıların turnirdə uğurlu çıxışı "Kristal Pelas"ın futbolçusunun planlarına yaxşı mənada təsir edib.
"Yəqin ki, toyu təxirə salmalı olacam. Hər şey hadisələrin necə cərəyan etməsindən asılıdır. Şübhəsiz, indi futbol mənim üçün birinci yerdədir. Nişanlım başa düşür ki, bu turnirdə oynamaq mənim üçün çox əhəmiyyətlidir. Belə şəraitə alışmamışıq. Futbolçular ailələrinə görə darıxır. Amma sona qədər vahid komanda halında qalmaq lazımdır"- Ledli deyib.
Oxşar xəbərlər
Bundesliqa matçı təxirə salındı - Hava şəraitinə görə
Azarkeş ölümünə görə təxirə salınan matç bu tarixdə oynanılacaq - Çempionlar Liqası
"Kəpəz"in futbolçusu: "Biz yenidən Avropa Liqasına getmək istəyirik"
Türkiyədəki hadisələrə görə ulduz futbolçu səfərini təxirə saldı
“Ronaldo EURO 2016-da 10 qol vuracaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası