Robert Prosineçki millimizi tərk etdi
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.
Sportfm.az saytı xəbər verir ki, Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşlıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib.
AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb.
Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
Xatırladaq ki, millimiz R.Prosineçkinin rəhbərliyi altında DÇ-2018-in seçmə mərhəlisini 10 xalla 5-ci pillədə başa vurub.
Oxşar xəbərlər
AFFA Prosineçki ilə danışıqlara başladı
Robert Prosineçki Bakıya qayıdacaqmı? - Son məlumat
Robert Prosineçki xəstəxanaya düşdü - FOTO
Robert Prosineçkiyə yeni təklif gəldi
Robert Prosineçki yenidən Super Liqada peyda ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası