Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Aqollinin komandası EURO 2016 ilə vidalaşdı
Avropa çempionatının qrup mərhələsinin son turu çərçivəsində "F" qrupunda baş tutan Macarıstan – Portuqaliya matçı 3:3 hesablı bərabərliklə başa çatıb. Sportfm.az saytının məlumatına görə, bu nəticə ilə ikincilər xal hesabını 3-ə çatıdırıb və ən yaxşı 3-cü kimi növbəti mərhələdə oynamağa haqq qazanıb.
Bu nəticə 3 xala malik daha bir komanda – Albaniya üçün heç də xoş olmayıb. Belə ki, Portuqaliyanın da bu yerə sahib çıxmasından sonra artıq 4 komanda – Slovakiya, Şimali İrlandiya, Portuqaliya və Türkiyə Albaniyanı qabaqlamış oldu. Belə olanda isə "Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də heyətində çıxış etdiyi Albaniya millisi turnirlə vidalaşmalı olub.
Buna qədər ümidlə digər oyunun nəticəsini gözləyən Aqolli və dostlarının gözləntiləri özünü doğrultmayıb.
Oxşar xəbərlər
Futzal millimizin daha bir rəqibi bəlli oldu
Ansi Aqolli İspaniya ilə matçda "fərqləndi"
Aqollinin oyunu yarımçıq qaldı
EURO 2016: 16 ildən sonra rekord
EURO 2016: Xorvatiyada ciddi itkilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası