reklam
“Keşlə” Svanadze ilə yolları ayırdı
Sportfm.az xəbər saytı

“Keşlə” Svanadze ilə yolları ayırdı


"Keşlə" baş məşqçisi Zaur Svanadze və onun köməkçisi Ramaz Svanadze ilə yolları ayırıb.

Sportfm.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Z.Svanadze və R.Svanadze ilə görüş keçirilib və komandanın fəaliyyəti müzakirə olunub. Görüşdə onlarla imzalanmış müqaviləyə qarşılıqlı razılığa əsasən xitam verilməsi qərara alınıb.

"Keşlə" FK-nın rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, "Keşlə" Topaz Premyer Liqasında 10 turdan sonra 8 xalla turnir cədvəlinin 7-ci piləsində qərarlaşıb.

Oxşar xəbərlər

Gürcüstan yığmasında yeni baş məşqçi - Müvəqqəti
Svanadze Gürcüstan millisinin baş məşqçisi oldu
Zaur Svanadze yenidən Bakı klubunda - ÖZƏL
Zaur Svanadze:"Mən heç nə bilmirəm"
Zaur Svanadze: "Oyunun pozitiv alındığını hesab etmək olar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər