reklam
Həmin vaxtadək Bakıda qalacam - Prosineçki
Sportfm.az xəbər saytı

Həmin vaxtadək Bakıda qalacam - Prosineçki


AFFA ilə qarşılıqlı razılıq əsasında Azərbaycan millisi ilə müqavilə müddətini uzatmayan Robert Prosineçkinin yeni iş yeri Sloveniya yığması olacaq.

Sportfm.az xəbər verir ki, bu barədə məlumatı Sloveniya mətbuatı yayıb. Xorvat mütəxəssis yerli mətbuata açıqlamasında ailəsi ilə bağlı hələ Bakıda olduğunu, ancaq tezliklə Sloveniya Futbol Federasiyası ilə danışıqlara başlayacağını deyib:

“Azərbaycan millisi ilə müqavilə müddətim dekabrın 15-də bitir. Həmin vaxtadək Bakıda qalacam. Qızım burda məktəbə gedir. Hələ ki, işsiz deyiləm. AFFA ilə bütün sənədləşdirmə işlərini həll edəcəm. Sloveniya Futbol Federasiyasından təklif var. Onlarla danışıqlar aparacam. Federasiya prezidenti Radenko Miyatoviçlə görüşməyi planlaşdırırıq”.

Xatırladaq ki, Prosineçki 2014-cü ildən millimizin baş məşqçisi idi. Bu yaxınlarda federasiya ilə dekabrda bitəcək müqavilə müddətini artırmamaqla bağlı razılığa gələn xorvat mütəxəssisi Qurban Qurbanov əvəz edib.(komanda.az)

Oxşar xəbərlər

Superliqa klubunda ayrılıq - Prosineçki istefa verdi
AFFA Prosineçki ilə danışıqlara başladı
Prosineçki AFFA-nın 1.5 milyon avroluq təklifini niyə rədd etdi?
Prosineçkinin Bosniya və Herseqovina millisindəki qazancı müəyyənləşdi
Robert Prosineçki millimizi tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər