DÇ-2018-in rəsmi topu təqdim edildi
Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.
Sportfm.az xəbər verir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Milan"ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də "Real"ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak edib.
Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir.
DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək.
Oxşar xəbərlər
2018-ci ilin ən yaxşıları adına namizədlər müəyyənləşdi
Dünya Çempionatının təqvimi
Moskvada turistlər harda qalacaq?
Futbol üzrə DÇ-2018-in təqvimi açıqlandı - Hansı yığma, hansı şəhərdə?
Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası