reklam
Yaşıl meydanlarda belə olay görülmədi!
Sportfm.az xəbər saytı

Yaşıl meydanlarda belə olay görülmədi!


19 yaşlılar arasında Asiya çempionatında qəribə hadisə yaşanıb.

Sportfm.az saytı xəbər verir ki, G qrrupu çərçivəsində keçirilən Qatar-İraq matçının əsas vaxtı 1-1 hesabı ilə başa çatıb. Qrup birincisini müəyyən etmək üçün penalti atışları təyin edilib. İraqlıların 5-ci vuruşunu qaytaran qatarlı qapıçı Mamdouhun önə çıxdığını bildirən özbəkistanlı hakim Aziz Asimov vuruşun təkrarlanmasını istəyib. Üstəlik, oyunda sarı vərəqə verdiyi qapıçıya ikinci sarı vərəqə göstərərək, meydandan qovub. Əvəzetmələrin hamısından istifadə edən Qatar yığmasında, qapıya müdafiəçi Nasser Abdulsalam keçib. Rəqibin vurduğu penaltini ayaqları ilə qaytaran kapitan komandası qrup birincisi edib. 

 

 

 

Oxşar xəbərlər

Əliyar Ağayevdən 8 vərəqə
Hücumçu qapıçı oldu - Komandası penaltilərlə mərhələ adladı
Futbol tarixində yenilik yaşandı - hakim futbolçuya yaşıl vərəqə göstərdi
Penalti ləğv edildi, "Qarabağ" qalib gəldi
Əliyar Ağayev Avropa Liqasında: Penalti, 6 sarı, 1 qırmızı vərəqə - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər