reklam
Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı
Sportfm.az xəbər saytı

Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı


Azərbaycan Qılıncoynatma Federasiyasında müəyyən məsələlərə aydınlıq gəlməyə başlayıb.

Sportfm.az saytı xəbər verir ki, baş katib Asəf Məlikovla sabiq vitse-prezident Yaşar Məmmədov arasındakı məhkəmə çəkişməsi sonlandırılıb. Belə ki, federasiya prezidenti Mikayıl Cabbarov yeni seçildiyindən, rəhbərlik etdiyi qurumda qalmaqallı halların olmasını istəmir. Bu üzdən də o, Məmmədova Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsini geri götürməyi tələb edib. Nəticədə sabiq vitse-prezident məhkəməyə müraciət edərək ərizəsini geri götürüb.

Ancaq Mikayıl Cabbarov bununla da kifayətlənməyib. Nazim İbrahimovun prezidenti olduğu dönəmdə təyin etdiyi bəzi kadrları işindən azad edib. Belə ki, İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsində müavini olan Ramin Məmmədov vitse-prezident, Məlikov isə baş katib postundan uzaqlaşdırılıb. Həmçinin baş məşqçi Oqtay Şahverdiyev də işindən çıxarılıb. Onun yerinə Yaşar Məmmədovun tələbələrindən olmuş Yusif adlı şəxsin (soyadını dəqiqləşdirə bilmədik) təyin ediləcəyini bildirək.

Ümumiyyətlə, noyabrın 19-dək bu federasiyada struktur dəyişikliyi aparılacaq. Federasiyada bundan sonra 3 vitse-prezident olacaq. Hələlik onların kim olacağı bəlli deyil. Bundan başqa, federasiyada məsləhətçi postu da yaradılacaq. Məhz 82 yaşlı Yaşar Məmmədovun həmin posta təyin olunacağı gözlənilir.(prosport.az)

Oxşar xəbərlər

Azərbaycanda federasiyaya yeni vitse-prezident təyin olundu
Elxan Məmmədova yeni vəzifə - icraçı vitse-prezident oldu
Təhsil naziri federasiya prezidenti seçildi
“10 günə hamısını qovacam” - Məmmədov
Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi qıfıllandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər