Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi qıfıllandı
Azərbaycan Qılıncoynatma Federasiyasının ofisi bağlanıb.
Sportfm.az saytı Prosport.Az-a bu barədə federasiyanın vitse-prezidenti Yaşar Məmmədov deyib.
O, federasiyanın prezidenti Nazim İbrahimovun 2 ildən çoxdur ki, maaşları verməməsinə görə, ofisi avqustun 1-dən bağlamalı olub. Məmmədov qeyd edib ki, artıq onun öz cibindən federasiya işçilərinə və kommunal xərclərə verəcəyi pul yoxdur. Bu üzdən vitse-prezident bu üsula əl atıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri olan Nazim İbrahimovun isə Bakıda olmadığı deyilir. O, sentyabrın 1-dək məzuniyyət götürüb.
Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsindən isə deyiblər ki, sentyabradək səbir edin. Nazim İbrahimovla görüş olandan sonra, hər şeyə aydınlıq gələcəyi gözlənilir. Ancaq əvvəllər də belə deyildiyini nəzərə alsaq, bu federasiyada "köhnə hamam, köhnə tas"ın davam edəcəyi gün kimi aydındır. Gərək ki, bu məsələyə daha yuxarı səviyyədə - ölkə prezidenti çərçivəsində yanaşılsın ki, məsələ həllini qismən də olsa tapsın...
Qeyd edək ki, Qılıncoynatma Federasiyasının ofisi Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 95-də ("Salyanski kazarma"ya yaxın) yerləşir.
Oxşar xəbərlər
Balakişi Qasımov federasiya prezidenti oldu
Mikayıl Cabbarov vitse-prezident və baş katibi işdən çıxardı
Təhsil naziri federasiya prezidenti seçildi
3 ildir maaş verməyən federasiyada hesabat-seçki konfransı keçirilib
Məşhur milyarder Azərbaycan federasiyasına sponsorluq etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin



.jpg)










Misli Premyer Liqası