"Qarabağ" - "Sumqayıt" 2:0 -VİDEO
Azərbaycan Premyer Liqasının XII turunun ilk qarşılaşmasında "Qarabağ" klubu "Sumqayıt"ı qəbul edib.
Sportfm.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Ağdam təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi matçın 30-cu dəqiqəsinda "Qarabağ"ın qapıçısı İbrahim Şehiç qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin ağdamlılar meydanda sayca azlıqda qalmalarına baxmayaraq, 41-ci dəqiqədə Riçard Almeydanın qolu ilə hesabı açıblar. İlk hissə bu hesabla başa çatıb.
Matçın ikinci hissəsində "Qarabağ" hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunun 65-ci dəqiqəsində Dino Ndlovu fərqlənib. Qalan dəqiqələrdə əlavə qol vurulmayıb və görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyundan sonra "Qarabağ" 28 xalla turnir cədvəlində birinci yerdədir. "Sumqayıt" isə 18 xalla dördüncü pillədədir.
Turun ikinci günündə “Keşlə” klubu “Zirə” ilə qarşılaşacaq. Digər oyununda isə “Səbail” səfərdə “Kəpəz”in qonağı olacaq.
Tura noyabrın 19-da “Neftçi”-“Qəbələ” matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqanın XVII turuna start verilir
Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşdi
Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşdi
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək
Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
"Arsenal" "Siti"yə məğlub oldu - Premyer Liqa
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
Azərbaycan kubokunda hakim təyinatları















Misli Premyer Liqası