Klub prezidenti həbs olundu
Rusiyanın “Anji” klubunun keçmiş sahibi Süleyman Kərimov həbs olunub.
Sportfm.az saytı xəbər verir ki, 51 yaşlı siyasətçi Nitsada Fransa polisi tərəfindən saxlanılıb.
“Süleyman Kərimov bazar ertəsi axşam saatlarında Nitsa aeroportunda saxlanılıb. Onu polis bölməsinə aparıblar. Konsulluğun əməkdaşları əvvəlcə hava limanına yollanıblar, daha sonra isə polis bölməsində Kərimovla görüşməyə nail olublar. Biz daim yerli hakimiyyətlə əlaqədəyik və onun azadlığa buraxılması üçün əlimizdən gələni edirik” - deyə Kərimovun nümayəndəsi bildirib.
Qeyd edək ki, Kərimov 2016-cı ilin dekabrında yerini Osman Kadiyevə verməklə “Anji”dən ayrılıb.
Əlavə edək ki “Forbes”in son siyahısında Süleyman Kərimov rusiyalı milyarderlər arasında 21-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Həbsdə olan gənc güləşçi azadlığa buraxıldı - İttiham
Növbəti həbs - Klub prezidenti polis tərəfindən saxlanıldı
“Bakı”nın sabiq futbolçusu narkotikə görə həbs olundu
İsayev həbs olundu - dələduzluğa görə
Sən demə klub prezidenti fırıldaqçı və dələduz imiş
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası